Kəramət : - Hamının Sevdiyi...

YAZARLAR 08:35 / 26.07.2024 Baxış sayı: 1540

HaMıNıN SeVdİyİ

kimsənin sevmədiyidi...

...biz nəyi sevirik?

onu sevirik ki, bizimlə eyni rəngdə, düşüncədə, həyat, geyim tərzində...yəni eynən özümüzük, tayfa, dəstə, yerlibaz, həmdin, həmcins, həmmilli....və s.

Sevgimizin dozası onda artır ki, çatışmazlığı var; Əqli-ruhi, ya da fizikən şikəstdi...Bir də Şahrərəstik axı. Mənsəbi varsa, sinov gedirik..ta hansı oyunlərdan çıxmırıq ki..

SƏNİN CANATTIQLARINDAN BİRİSİ İMTİNA EDİBSƏ, təbi ki, onu dəli sayacaq KÜTLƏ, ya da onlardan olmadığından dəliləndirməyə çalışacaq. Onu anlamaq...axı, hər şey təməmnna, umacaq, istifadə, alver, qazanc üzərinə qurulub.

Yəni BƏYƏNilən nəsə, kimsə BƏYƏNƏNLƏRİ də təmsil edir, çoxluğun anlaq, baxış səviyyəsini göstərir.

Sizə elə gəlir ki, səni-məni, sizi-bizi tanımırlar?

Çox yox, bir aylıq Mövzu və ona reaksiyalar kifayət edir ki, duyğu-düşüncə kardioqramı çıxarılsın.., hansı səviyyəyə, kateqoriyaya aid olduğumuz bilinsin..

Hansı normal adam, ölkədə "Göyüzü daş saxlamaz"a alqış tutarlar, məlumun elanı-Göydən yerə qar yağır və ya Yaz gələndə çiçək açır...

-bax biz bunlara payəndaz olmuşuq, doğrudan da elə gəlmirmi ki, sağlıq problemimiz var..

Məsələ deyil ki, təbi ki, göy üzü daş saxlamaz..sənət o daşı göydə saxlamağın bədi həllini-məntiqini tapmaqdadı. Əli Kərimin "DAŞ" şeirini xatırlayırsızmı?

YARIÇILPAQ, QƏDİM İNSAN

düşməninə bir daş atdı..

qana batdı...

Yeri gəlmişkən, Göydən yerə qar yağır-la indiki uşaq təəccüblənməz, başını bulayıb gedər...

Məsələ-sənət YERDƏN GÖYƏ QAR YAĞIR...dadır, ey əhli şair-şüara

külək qarı sovurur

yerdən göyə qar yağır

(Ə. Kərim)

Öz yanaşman yoxsa, özün istehsal etmir, zamana uyğun düşün cə yetişdirmir, vaxtın ritmiylə həmahəng deyilsənsə, bu-na yox, nənələrinə alqış tutmaq gərək..

-NİYƏ GÖYDƏN DAŞ YAĞMIR

əlavə edirəm, Bu debillərin başına?

Sonra öz-özümə gülürəm ki, başına daş yağıb ki, bu qədər anormallaşıb, 3 aydı ət yemir almana qızır, qonşusu acından ölür, şeir yazır, mahnı oxuyur

İSTƏYİRƏM MİLYONLARA GƏRƏK OLUM

...və s...və ilaxır...Bağışlayın ha, başınızı ağrıtdım..amma başınızı ağrldacağm ki, paslanmış beyniniz işləsin bir az.