Xanım İsmayılqızı: - Ağla

Ədəbiyyat 21:11 / 26.07.2024 Baxış sayı: 4721

 

 

Mən səni gec tapdım, tez də itirdim,

Kaş ki, biz səninlə heç görüşməzdik.

Ömrümə bir sevgi payı gətirdin,

Sevmək əzab imiş, bunu bilməzdik.

 

Hər günün qaranlıq gecəsi də var,

Ömür dediyimiz bu imiş demə.

Bir gün görüşənlər bir gün ayrılar,

Ay ürək, sən də döz mənim dərdimə.

 

Gecə günəş doğmaz göyün üzünə,

Sevinc gələ bilməz kədər gözünə.

Hərdən ağlayaram özüm Özümə,

Ürək üz çevirib baxmır sözümə.

 

Ağla, ayrılığın gözünə ağla,

Ağla, məhəbbətin üzünə ağla,

Ağla, qəlbimdəki dözümə ağla,

"Mən səni sevirəm" sözünə, ağla.

 

 2004.