Kəmalə Abiyevadan  "balta"  gündəminə  özəl yanaşma

YAZARLAR 10:31 / 26.07.2024 Baxış sayı: 3843

Medera hospitalın həyəti kiçikdir. Ora bir küçədən o birinə keçid yoludur. O biri tərəfdə məktəb var. Ordan keçməli olur uşaqlar. Ora bir- neçə şlaqbaum və yanına da mühavizəçi qoymaq hospitalın özbaşınalığıdır. Və sən o kiçik hissədən əlində yüklə və ya hansı səbəbdən keçə bilməsən o mühavizəçilər şlaqbaumu qaldırmır. Cibinə pul qoy, lap tank sür- bu mümkündür.

O hospitalda insanın sağlamlığı yox, pul önəmlidir. Covid vaxtı bunun canlı şahidi oldum. 38-40 qızdırma ilə bizə də yaxın olduğundan ordakı pulmanoloqa müraciət etməli oldum. Əlimdə MRT cavabı ilə. 2 saat gözləyəndən sonra, diski gətirin dedi Ramil adlı həkim. “Axı soruşdum, cavab kifayətdi dedilər”. Nəsə diski gətirməli oldum. Bu dəfə qan analizlərinə göndərdi. “Ay həkim nə qədər adam var burda, bəlkə hansısa heç covid deyil, burda yoluxa bilərlər. Bir müalicə deyin, gedim”dedim. Heç halını pozmadı. Səhər tezdən öz poliklinikamızda mümkün olan analizləri verib, Mederaya yollandım. Digər analizlər 200 manata yaxın oldu. O biri gün yenidən getdim. Bu dəfə nə dedi sizcə? “Niyə poliklinikada vermisiz bu analizləri? Mən bunları başa düşmürəm”. Tibb universiteti bitirmisiz, belə hospitalda işləyirsiz, başa düşmürsüz?

Bir- neçə dəfə baş həkimi görməyə də cəhd elədim, yerində olmadı, ya qapısında olanlar belə dedi. Nəsə…

Sonra getmədim. Neçə gün oldu? Çox. Hətta Covidi aşkarlamaq üçün qan testləri vardı, Təbib 25 manat demişdi. Mederada neçəyə idi? 50 yox, 120 manat.

Yazmaqda məqsədim? Mederanın özbaşınalığı, laqeydliyi. Əsas məsələ budur. Pulu hesabına hələ reklam da olunur.

Adam xəstədir, ordan həkim çağırıb. Tibbi yardım göstərilmir-məsələ budur. Mühavizəçi də qoçu kimi qapını kəsib. Hansı hospitalda var?Kadrlardan görünür ki, o qapıya gedib və mühavizəçi onu buraxmayıb, söyüb, qovub, dəqiq bilmirəm. Aydınca görünür ki, Ağadadaş Ağayev onun hərəkətlərindən, laqeydlikdən, canının ağrısından haldan çıxıb.

Və çox böyük səhv edib balta atıb. Çox böyük səhv edib. Xoşbəxtlikdən balta kimsəyə dəyməyib. Kiməsə dəydiyi uydurulub sonradan ki, bu da aydındı. Balta yerə düşdü. Mühavizəçi nə etməliydi? Yaxınlaşıb onu sakitləşdirməli, hospitala aparmalı, bir həkim çağırmalıydı . Ya da polis çağıraydı.

“ Balta dəysəydi ölə bilərdi” ehtimalı ilə yanaşanlara bir ehtimal:Adamın ürəyi partlayıb ölsəydi günahkar kim olardı?

O mühavizəçi orda neynədiyi də heç məlum deyil.

Gör insanı nə həddə çatdırıblar ki, ayaqyalın, o geyimdə həyətə çıxıb. Halı da göz qabağında. Yerə yıxılmış adamı gedib-qayıdır təpikləyir. Və yaxşı edir deyənlər ayağından, qarnından yazır xalq artistinin. Bir özünüzə baxın nə olar? Eyib deyil?

Ağadadaş Ağayevin pulu çoxdu yanaşması ilə mühavizəçiyə haqq qazandırırsınız? Bunu da ömründə bir kitaba pul verməyənlər yazır. Adam oxumaylb, 10 il də müəllimlərin qabağında qoçuluq edib, hələ yaxşı ki o işi də tapıb. Yəqin orda kiminsə qohumudu.

Musiqiçilər heç kəsin haqqına girmədən pul qazanır ki, O pulu hamı könüllü verir.

O ki, qaldı sənətinə. Bu haqda yazanlar bir baxın, sizi nə qədər adam sevir? Məşğul olduğunuz sahənin peşəkarı hesab edirmi hamı sizi?O qoçu kişinin hansı xidmətləri var xalq qarşısında ay xalqı sevənlər?

Özünüzü bir az da mühavizəçinin deyil, Ağadadaş Ağayevin yerinə qoyun.

Bəlkə bir az uzun oldu, amma yadıma adamı aparıb durmadan 13 bıçaq zərbəsi vuran Rəşad Dağlını qəhrəman və sənətkar edənlər düşdü.