"25 siyasi partiya seçkilərdə iştirak edir" - Məzahir Pənahov

Gündəm 10:38 / 24.07.2024 Baxış sayı: 2115

"1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeydə alınıb".

Yenises.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 950-ə yaxın müşahidəçi qeydə alınıb.

"26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-dən çox səlahiyyətli nümayəndəsi qeydə alınıb”,- deyə o bildirib.