Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

SİYASƏT 20:06 / 23.12.2024 Baxış sayı: 1031

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Yenises.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ürəkdən gələn arzularımı qəbul edin.

Yorulmaz səyləriniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan sosial sabitliyinin, iqtisadi davamlılığının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar əldə edib. Sizin müdrik rəhbərliyinizlə ölkə irimiqyaslı layihələr həyata keçirərək və xalqın rifahını yaxşılaşdıraraq inamla irəli addımlayır.

Qazaxıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluğa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlığın dərinləşdirilməsinə böyük töhfənizi yüksək qiymətləndirirəm.

Ölkələrimiz sıx qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün böyük potensiala malikdir. Əminəm ki, biz birgə səylərimizlə nailiyyətlərimizi artıracaq və Qazaxıstan-Azərbaycan çoxşaxəli dövlətlərarası əlaqələrini məhsuldar əməkdaşlığın yeni səviyyəsinə yüksəldəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq və qardaş Azərbaycanın mənafeyi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayı