Tərtər sakini MİNAYA DÜŞDÜ - YENİLƏNİB

MƏMLƏKƏT 19:04 / 04.02.2024 Baxış sayı: 1865

Tərtər sakini minaya düşüb.

Bu barədə Yenises.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın dördündə saat 17 radələrində əvvəllər təmas xətti olmuş rayonun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əliyevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

18:29

Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan   Yenises.az--a bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib. 

Araşdırma aparılır.