SON ZƏNG - yazdı Kəmalə Abiyeva

Ədəbiyyat 09:04 / 14.06.2024 Baxış sayı: 1097

 

(Ayrılıq bayramı)

Bir zəngin səsiylə ayrılıq biz.

Dostlardan, məktəbdən, müəllimlərdən.

Bu səs ən müqəddəs ülvi nəğməmiz,

Söz açıb danışır görən nələrdən?..

 

Ayrılıq sədalı, gənclik nəfəsli,

Bu məktəb zəngimi belə həsrətli?

Arzular, ümidlər, gələcək səsli,

Bu məktəb zəngimi belə hikmətli?

 

“Əlvida” deyərək ötən günlərə,

Nurlu sabahlara səsləyi bizi.

Hər gün eşitsək də biz neçə kərə,

Kimi kövrəltməyib son zəngin səsi?..

 

Bu zəngin səsiylə gözümüz bir gün,

Kədərdən, sevincdən dolarmış, demə.

Məktəb illərinin sonunda ömrün

“Ayrılıq bayramı” olarmış demə.

 

Hər gün səslənibdir gör neçə dəfə,

Sinif otağına səsləyib bizi.

Hər kəsin ömründə tək bircə dəfə,

Bu zəng nəğmə deyir, vida nəğməsi.