Şakir Xanhüseyn : - KÖHNƏ KİŞİLƏR

Gur-gur guruldayan kişilər vardı,
atları ən qıvraq atlar idilər!
Ürf-adəti külə basdırmamağa
bir ərən idilər,
Atlant idilər...
Əlləri danışıb əl görüşəndə,
yollar səslənibdi ayaqlarında...
Keçmiş, bir xatirə dəftəri, qəmli;
illər saralıbdı varaqlarında...
Ötkəm, ağayana duruşlarıyla
hələ yaddaşlarda yaşayır onlar...
Elə bil bir elin ağır yükünü
yenə də çiynində daşıyır onlar...
Təbiətlərində bir astagəllik;
elə dağları da biz belə gördük...
Nə deyim, onların qoyduqlarının
yüzdən birisini götürə bildik,
Ya elə boşuna zaman keçirdik?
gözümüz görməyir gözləri kimi;
Nə də ocağımız, közümüz yanır
Ocaqları kimi, közləri kimi,
sözümüz ötkünmü sözləri kimi?!.
30Aida Adıgözəl, Kəramət Keramet və başqa 28 nəfər