Sabir Zəkullaoğlu : -  Bu barədə düşünməyə dəyər.

YAZARLAR 07:40 / 31.12.2024 Baxış sayı: 1446

Bizi ən çox hisslərimiz idarə edir nəinki ağlımız.

Sevgi də belədir.

Rasional deyil.

Ağıllı insanların çoxu nəinki sevməyib, heç evlənməyiblər də.

Sevgi söhbətini çox uzatmayacağam.

Bir şey ki, o sevginin qəhrəmanı Qeys ola, axırda da dəli olub düşə çöllərə, ta bunun əlavə izaha ehtiyacı qalmır.

Odur ki, keçid alaq ağıla..

Səhərdən elektrik çaynikim xarab olub, qalmışam çaysız.

Heç çay içən deyiləm e.

Çaynik xarabdır deyə olmuşam çaya təşnə.

Bayaqdan evdə vurnuxuram e sola, sağa.. Çayın yoxluğunu bəhanə edib, gedib-gəlib, üstü pərakəndə, tör - töküntü olan masamın üstündəki "Bandol" şərabından bir çay stəkanı süzüb içirəm ki, susuzluğum yatsın..

Ancaq o deyil.

Süsüzluğum keçmir ki keçmir..

Məni qınamayın. Elə bil şərab düşünməyə yaxşı təsir edir.

Bəlkə də bu səbəbdəndir ki, elmi ixtiraları əsasən şərab içən millətlərin nümayəndələri kəşf edib.

Yoxsa biz müsəlmanlara nolub ki...

Məncə bu barədə düşünməyə dəyər.

Nə isə..

Şərabdan vurub tarazlığımı alandan sonra düşündüm ki, ayə, qabın nə fərqi var ki..

İstənilən bir qabda suyu qaynad, stəkana süz, içinə rəng at, olsun çay, iç də..

Təbii ki, düşündüyüm kimi də elədim.

Əzizlərim, kasturkada qaynatdığım sudan bir dadlı çay alınıb ki, heç somovar çayı o qələti eləməz...

İçdikcə içirəm..

Doğrudan da dədə babalarımız haqlıymış, çayın yerini heç nə verməz..

 

 

 

 

 

 

 

 

 

 

 

Başını  qaldır  və  gör,