Şakir Xanhüseyn : - Özündən aldınmı hava doyunca...

***
Özündən aldınmı hava doyunca,
dağını, düzünü seyrə çıxdınmı...
Həyatın amansız sınaqlarından
üzü ağ, ya üzü qara çıxdınmı?
Açartək qapına düşə bildinmi,
ayaqda durmaq zor, dedin "baş üstə"...
doydunmu bir yerdə özünü yeyib,
qoydunmu özündə daşı daş üstə...
qayıdıb özünə çox uzaqlardan
gördünmü, yahu,
kənarda deyil də özündəymişsən...
bir anda ələnən neçə ələkdə
sanki dənliyində özün dənmişsən...