Heydər Əliyev Fondu jurnalistin müalicəsini üzərinə götürdü

HÜQUQ 19:40 / 19.03.2025 Baxış sayı: 620

Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürüb.

Yenises.az xəbər verir ki, bu barədə jurnalist sosial media hesabında yazıb.

Qeyd edilir ki, o, Fond tərəfindən yaxın günlərdə Türkiyəyə müalicəyə aparılacaq.

Azər Rəşidoğlu göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.