Elnur Uğur Abdiyev : - Bu gün...

Ədəbiyyat 10:30 / 19.03.2025 Baxış sayı: 557

Bu gün dünyamız təkcə

Sevgiyə tamarzıdı.

Bütün arzular yarı,

Tək sevgi tam arzudu.

 

Suriya dəhşətindən,

Günəş qorxur,dan ürkür.

Qəzzada buludların,

Gözləri qan yaş tökür.

 

Göyün alnına baxın,

Göyərməyib, qızarıb.

Yeri yerə batırımır

Öz abırı,öz arı.

 

Bu gün sevgilər var e,

Yarı yolda piyada.

Onu axsadır elə,

Eşqsiz,hissiz çiy afam!