Şakir Xanhüseyn - OD ÜSTDƏN ADLAMAQ
Yox, mənim yoxumu sən var bilməli,
hətta soyuğumla isinməlisən.
Bir pillə yuxarı qalxmağa hələ
gücüm qalıb deyə sevinməlisən...
Hey yaxınlığını hiss etdirməli,
daha nə lazımdı ötkəmlik mənə;
O an göstərməli doğmalığını,
əgər üz verərsə qəriblik mənə...
Od üstdən adlayıb keçməlisən de,
ürəyim sınmasın kövrək budaqtək.
Xəyalım dolaşır dövrəndə elə,
onu da qarşıla əziz qonaqtək...