Fərhad Tapdıqoğlu - Üzüm dəydi
( qısa hekayə)
Dostum mənə zəng elədi:
--Salam.Dur gəl bizə.Bağımda üzüm dəydi-dedi.
Mən onlara getdim. İçəri kəçəndə qapıya üzüm dəydi.
Dostum çox dilxor oldu.
Onun bir gözü elə üzüm-dəydi.
O üzüm tənəklərindən üzüm dərdi.
Bəh...bəh...üzüm tərdi.
Hava isti olduğundan mənim də üzüm-gözüm tərdi...
Mən üzüm-ü yudum,sildim quruladım.
Dostum da üzüm-ü yudu,süfrəyə qoydu.Süfrəyə şərab da qoydu .
Dedi:
--Bu şərab inişilki üzüm-dəndir.Keçən il üzüm olmadı.Üzüm dəyməmiş qonşum bağımıza gəldi,üzüm-ü gördü,üzüm- ə gözü dəydi...Üzüm-ü azar vurdu...
Yedik...içdik...
Axşamın sərin mehi üzüm-ə dəydi.Mənim elə bir əlim üzüm-dəydi.Üzüm azacıq ağrıyırdı axı...
Üzüm-ə salıb dostumdan bir neçə salxım nübar üzüm istədim özümlə aparmağa.Verdi...
... Dostumla sağollaşıb evə qayıtdım.Güzgünün qarşısında dayanıb üzüm-ə baxdım.Üzüm bir az göyərmişdi.Gözlərim elə üzüm-dəydi...
Üzüm dostumun evinin qapısına dəyməmişdən bir neçə gün qabaq gümrahlaşmışdım,yanaqlarım ,üzüm qızarmışdı.
Deyəsən üzüm-ə öz gözüm dəydi,axı?!