Şakir Xanhüseyn -= ƏBƏDİ SÜKUT DƏQİQƏSİ
Bəlkə Xocalını,
baxın,
sükut dəqiqəsi elan edək
çal-çağırı üçün Qarabağın ?
*
Bəlkə Xocalını həmişə
bir bağırtı,
çığırtı,
bir qışqırtı xatırlayaq?
*
Bəlkə Xocalı
ən acılı duyğutək
hinddən, Çindən,
dünyanın daşlaşmış içindən keçə?
*
Bəlkə gedib Xocalıya
elə Xocalının özünü dinləyək-
bir dağını, təpəsini,
bir gününün qaradan qara gecəsini dinləyək
hər şey çıxsın su üzünə,
hə?!.
26.02.2021