Ağaevli Əli Hacı- Allahın göyündən düşdüm

Ədəbiyyat 21:20 / 26.02.2026 Baxış sayı: 251

Allahın göyündən düşdüm

yerdi,yadına düşmədim !

Yüz bir adla çağırdılar

birdi,yadına düşmədim.

 

Sözdən salıb yorğanımı,

uzatdım öz ayağımı.

Arada bir ayıqlığım

kefsiz bədənə düşmədi !

 

Sağlığıma yaxın durun,

göy ipimi yerdən qırın.

Qabırğamı bir də qırın

o,dul qadına düşmədi !

 

Kim saldı bu dinə məni ?!

hey gördülər dünən məni !

Yandıranlar günə məni,

haqqın oduna düşmədi !