Şakir Xanhüseyn - CEYRAN BELİNDƏ
Dost var,
dost ülfəti ceyran belində,
İnsan
mərhəməti ceyran belində.
Söz etmə vəfadan, ya etibardan,
yaxşılıq ceyran belində.
Birindən birinə bir mehribanlıq,
xoş qılıq ceyran belində.
Ta sözübütövlük, əhdə sadiqlik,
ağzıbirlik ceyran belindədi, bax.
Sular axıb gedir, zaman da sutək,
fikirlər ayaqlı, ürəklər tapdaq...
Qapısı bağlısa hax divanının,
açarı ceyran belində...
Baxarsan canının tabı-tavanı,
tutarı ceyran belində.
Lap deyək ləyaqət ovucundadı;
hə də, ceyran belində.
Və bilmək istəsən, verilən hər söz-
vədə ceyran belində...