Şakir Xanhüseyinli - Deyirsən..
Ədəbiyyat
14:30 / 06.06.2026
Baxış sayı: 363
***
deyirsən
həyata zidd həyatdı bizimki,
dolanışa zidd dolanışdı.
gülməyə ziddi gülüşümüz;
ziddi ağımıza ağ, qaramıza qara.
sanki bir-birimizə yaxınlaşanda da
bir-birimizin ziddinə gedirik
bir-birimizin səddini keçirmiş kimi...
birinin xeyrinə də
ziddinə danışırsan,
haqqın yerinə şəri qoyursan sanki,
xeyiri nəhy edib şəri qoruyursan...
ziddədi gəlməyimiz,
ziddədi getməyimiz,
eh, biz...
elə bil həmişə
ziddə çalışırıq, ziddə,
dua edəndə də hətta..