Aləmzər Sadıqqızı - Bir mələk keçib...
Ədəbiyyat
14:14 / 06.06.2026
Baxış sayı: 338
Sənmiydin ömrümə sənmiydin gələn?
Bəs gedən kim idi yadıma düşmür ..
Bir nağıl uydurdum sənin adınla,
Nə qədər yazıram adıma düşmür...
Bu dünya səninlə doğulmayıb ki,
Nə də sənin ilə bitəsi deyil...
Mənim ürəyimin tək Allahı var!
Könlüm Allahsızlar qitəsi deyil...
Yadına düşərəm bir gün haçansa,
Deyərsən ömrümdən bir mələk keçib...
Ən pisi odur ki, bir gün deyəcəm...
Heyif ki, könlümdən bir kələk keçib...
30.05.2026