Məni qucaqlayıb , öpəydi anam - Şahverən Cavad
Atam tək qəddini düz tutub bu ev ,
Fərəh gətirmişəm solan bağçaya .
Sərçələr elə bil şabaşa dönüb ,
Sevinc tək səpilib həyət - bacaya .
Süddən tez kəsilən körpələr kimi ,
Anasız çiçəklər sünbülə döndü .
Bağda ağaclar da sınıxıb bir az ,
Yetim uşaqlar tək böyüyür indi .
Başıalovludur təndirimiz də ,
Ana əllərinin közərir izi .
Vaxtın əl işidir çatlaq divarlar-
Payız yarpağı tək qırışıb üzü .
On səkkiz yaşım tək qaynayır qanım ,
Hər səni görəndə , ata ocağım .
Belə qəmli durma , başına dönüm ,
A layla ətirli uşaqlıq çağım .
Boynumda qolunun yeri üşüyür ,
Məni qucaqlayıb , öpəydi anam .
Deyəydi , can bala , boyuna qurban ,
Çıxaydı ağrılar tər tək canımdan .
03 . O6 . 2026