Rəfail Tağızadə -Ümidə bax, İlahi

Ədəbiyyat 10:15 / 06.06.2026 Baxış sayı: 411

 

Bu nə ölüm-itimdi,

bir nəfəsin içində.

Sən niyə çırpınırsan

boş qəfəsin içində?

 

Sən qanadsız quşmusan,

qonmağa yermi qəhət,

hardan tapdın sən məni

sevməyə yoxmu “cəsəd”.

 

Çək əlini əlimdən

məni yoldan saxlama,

özüm ümid gəzirəm

mənə ümid bağlama.

 

Bu divarsız evimdə

fələk qapımı döyür,

şair ümidinə bax,

bəxtsiz də bəxtin öyür.