QƏBİR QUCAQLAYIB ÖPƏNDƏ MƏNİ - Idris Babayev
Nə qəlbən sevindim, nə də ki, güldüm,
Sevinc uzaq gəzdi, dərdə büküldüm,
Bilirsən mən nəvaxt yandım töküldüm?
Naşı hərifləyib ötəndə məni.
Desəydi zəhərsən, balam, dinməzdim,
Döyüb öldürsə də , lalam, dinməzdim,
Satsaydı kişiyə qulam, dinməzdim,
Satdı köpəyoğlu həpəndə məni.
Ömrüm zər atmamış şeş beşdən keçib,
Sözüm muğamatdan, dilkeşdən keçib,
Ayılanda gördüm iş işdən keçib,
Qəbir qucaqlayıb öpəndə məni.
İdris, soruşsalar, haqq ədaləti,
Söylə görəmmədim dünyada qəti,
Ölüncə söylədim mən həqiqəti,
Vətənsiz qoydular, Vətəndə məni.
03.06.2026