Zəka Vilayətoğlu - Mən həyatı yaşamıram

Ədəbiyyat 21:00 / 05.06.2026 Baxış sayı: 138

Mən həyatı yaşamıram

bir uzun ömür eşqinə.

Amma yaxşı anlayıram

ömrün özü nə, eşqi nə.

 

 

Mən yaşamaq istəyirəm

Ocaq kimi, atəş kimi

Mən yaşamaq istəyirəm

Nurla dolu Günəş kimi,

 

Batışımdan kədərlənib

Doğuşumdan sevinsinlər.

Sevgiyə, nura bələnib

isindikcə isinsinlər!