Sabir Zəkullaoğlu - Yıxılana balta vurmazlar...

YAZARLAR 11:41 / 24.07.2024 Baxış sayı: 2279

Yıxılana balta vurmazlar..

Ancaq Ağadadaş Ağayevin bu hərəkətinə laqeyd qalmaq da mümkün deyil.

Çox üzüldüm bu xəbərdən. İllah da görüntülərə baxanda lap rəzil oldum.

Bir yandan Ağadadaş müəllimə çox acıdım. Heç istəməzdim onu bu vəziyyətdə görüm. Həm hadisənin, bu şəkildə içtimailəşməsi də heç arzu olunan deyil..

Bir yandan da mühafizəçiyə haqq verdim ki, adam həm öz işini görür..

Ancaq necə görür? Bu şəkildəmi? Döyməkləmi...?

Həm də Ağadadaş Ağayev, sən kim olarsan ki, əli baltalı, insanlara hücum çəkirsən? Sən bu haqqı hardan almısan? Kimdən almısan? Sən illərlə toylarda insanlarla necə davranmısan?

Toyda baş ağrıdan o musiqinin fonunda illərlə necə yaşamısan? Bəlkə elə onun fəsadıdır?

Yoxsa əli baltalı xəstəxanaya hücüm etmək nə demək?

Xəstəxananı meşəmi hesab etdin. Odun qırmağamı gəlmişdin..

Çox anormal bir vəziyyətə şahidlik edirik.

Çox pis nümunədir..

Mən qorxuram ki, bundan sonra, başqa bir, özündən deyən müğənni də vinçestrlə zadla öz problemlərini həll edə..

Bir nüans da xüsusi diqqətimi çəkdi, axı niyə balta?

Ümümiyyətlə baltanın dövranı çoxdan gedib, indi heç kənd adamlarından soruşsan, onun evində belə balta tapa bilməzsən..

Düşünürəm, bəlkə də, Ağadadaş müəllim, xəstəliklə bağlı qəbul etdiyi dərmanların təsirindən psixoloji pozuntu keçirib..

Heç kim heç nədən sığortalanmayıb..

Allah hər kəsi ağıla gəlməyən bəladan qorusun.