Azər Axşamdan  GÖZLƏNİLMƏYƏN  SÖZLƏR

MƏDƏNİYYƏT 09:40 / 27.08.2024 Baxış sayı: 3087

"Tutaq ki, mən bu səviyyəsiz aparıcını efirimdən çıxarıram. Nə danışığını, rəftarını bilir. Nə olsun ki, sponsorları var? Biabırçılıqdır. Digər televiziya isə deyir ki, buraya gəl. Çünki sponsorları var. Ona da deyir ki, istədiyin şəraiti yaradıram, əsas odur ki, buraya sponsor dəvət elə. O da çıxır efirə və atı istədiyi kimi sürür".

Bu sözləri aparıcı-aktyor Azər Axşam "Sözüm var" verilişində deyib. O, kanal rəhbərlərinə irad bildirib: 

"Bir yaxşı söz var, qadına azadlıq verərlər, amma o həmişə hiss etməlidir ki, başının üstündə bir kişi, hesabat verəcəyi biri var. Qadın nə qədər azad olsa da, həyat yoldaşına hesabat verməlidir. Bunu bilən qadın heç vaxt səhv addım atmır. Bilməyən qadın azadlıqdan istifadə edir və hər şeyi vurub dağıdır.

Burada da aparıcıya gücü verirlər, o da çıxır efirdə deyir ki, heç kim mənə bir söz deyə bilməz. Bu kanalı mən saxlayıram. Televizyaya ayda 60 min manat xeyir verirəm. Bu sözləri deyən aparıcılar var. Sponsor hesabına deyirlər"./Axşam.az