Fazil Sənan : - DƏNİZ SEVGİSİ

YAZARLAR 13:44 / 06.09.2024 Baxış sayı: 1937

 

Hekayə

 

Fateh əlində bir dəstə sarı çiçəyin içində bir dənə qızılgül görüş yerinə tələsirdi. Yaxınlaşanda baxdı ki, Duyğu bulvarda məhəccərə söykənib dənizə elə vurğunluqla baxır ki, elə bil nəsə itiyini axtarır.

Yavaş addımlarla yaxınlaşan Fateh arxadan bir əli ilə qızın gözlərini yumdu. Duyğu gözlərini qapayan əli sığallayaraq dodaqlarına yaxınlaşdırıb öpdü arxaya çönüb sevgilisinin boynuna sarıldı.

Dənizi deyəsən məndən çox sevirsən. – Fateh gülərək sinəsinə söykənmiş Duyğunun saçlarını sığalladı.

Nədən bildin? – Duyğu alovlu baxışlarını sevgilisinin üzündə gəzdirib baxışlarında dayandı.

Dənizə elə vurğunluqla tamaşa edirdin ki, ətrafında aşıb-daşan insanları unutmaq bir yana, mənim üçün darıxdığın da hiss olunmurdu.

Bu şəhərdə təhsil alıb yaşasam da, dəniz heç vaxt diqqətimi cəlb etməyibdi. Dənizə çayların son durum məkanı kimi baxmışam. Sən ürəyimi, qəlbimi fəth edəndən sonra dənizi necə sevdir­misənsə, artıq dəniz mənim Fatehimə çevrilib. Sən neft daşlarında növbəsində olanda on beş günyarım ay deməkdir, sənsizliyimi unutmaq üçün bax bura, ilk dəfə birlikdə gəldiyimiz yerə gəlib dənizlə söhbət edirəm. Gördüyümüz o qırçın ləpələrin arasından mənə baxıb gülümsünürsən. Uçan qağayıların səsində sənin səsini eşidirəm. Dəniz olmasa on beş gün sənsiz dəli olaram. Dəniz artıq mənim üçün özüm qədər sevdiyim Fatehə çevrilibdir. Odur məni ovudan, alovlanan sənsizliyimə su səpən. Yoxsa qısqanırsan? – deyən Duyğu nazla gülümsünərək uşaq şıltaqlığı ilə Fatehin boynuna sarıldı.

Lap unutmuşam, – deyən Fateh əlindəki çiçək dəstəsinin içərisində olan bir dənə yeni açılmış qızılgülü ayırıb Duyğuya uzadaraq, «Buyur, bu sənindir!» – dedi.

Qızılgülü alıb qoxulayan Duyğu, «Sənin nəfəsinin qoxusu gəlir. Necə gözəldir!» – deyib təbəssüm dolu baxışlarla Fatehə baxdı «bir məsələ mənim üçün qaranlıqdı», dedi.

Nədi o qaranlıq məsələ, de, aydınlıq gətirim.

üçün mənlə hər dəfə görüşə gələndə əlində bir dəstə sarı çiçək olur, bir dənə qızılgül. Qızılgülü mənə verirsən, sarı çiçəkləri isə bir-bir dənizə atırsan? Hər görüşümüz zamanı bu məsələni soruşmaq istəyirəm, amma yadımdan çıxır, səndən ayrılanda yadıma düşür. Həmişə mənə deyirsən ki, sənə Duyğu adı verəndə yəqin məni sevəcəyini bilirlərmiş. Sənin bu qədər duyğusal olduğunu heç vaxt ağlıma gətirə bilməzdim. Nəinki duyğularımı, istəklərimi, hətta qanımda hüceyrələrimin hərəkətlərini «görə» bilirsən. Görürsən, Fateh, sənə qarşı bu qədər həssas olduğuma baxmayaraq, elə məharətlə gizlədiyin hərəkət hisslərin var ki, qanında hüceyrələrinin hərəkətlərini görə bildiyim halda, onu görə bilmirəm. – deyən Duyğu incik halda baxışlarını Fatehin baxışlarından kənara çəkdi.

Duyğu, yadındamı, ilk görüşümüzdə mənə dedin ki, Fateh məni sevmə. Məni sevsən sənə baş bəlası olacam. A mənim baş bəlam, burda inciməli bir şey yoxdur. – deyən Fateh qızın saçını sığal­layıb isti nəfəsi ilə dodaqlarında gəzinib könlünü aldı. Baxışlarını ucsuz-bucaqsız dənizə dikərək, saçları sinəsini bəzəyən Duyğuya «gizli sirr»ini həzin bir səslə pıçıldamağa başladı.

A mənim Dan ulduzu kimi ömür yolumda parlayan, qızılgül qoxulu nəfəsi ilə yaşama səbəbim olan Duyğum. Bil agah ol. Mən romantikanı çox sevirəm. Romantikanı yaşamaq arzusu ilə neft sahəsində ali təhsil alandan sonra mühəndis kimi Neft Daşlarında işləməyə başladım. Dəmir estakadaların üzərində çalışmaq, dənizin dibindən neft çıxartmaq, sakit havada qırçın ləpələrin bir-birini qovmasına tamaşa etmək, qa­sırğalı, fırtınalı havada isə dalğaların şahə qalxması zamanı cəsarətlə həmin dalğalara sinə gərmək romantikanı yaşamaq arzularımın gerçəkləşməsi­dir. Artıq dənizin sakitçiliyi şıltaqlığı mənim üçün o qədər doğmalaşıb ki, özümü dənizdən ayrı təsəvvür edə bilmirəm. Növbədən qayıdıb on beş gün evdə olanda məndən asılı olmayaraq, dəniz üçün darıxmağa başlayıram. Dənizə olan sevgimin həsrətini ovutmaq üçün vaxtımın çoxunu Dənizkənarı bulvarda dənizlə «söhbət» keçirirəm.

Yadında varsa, sənlə ilk tanışlığımız da bax bu durduğumuz yerdə olubdu. Dəniz sənin kimi bir gözəlin sevgisini mənə verdi. Dənizdə işlədiyim üçün, mühəndis kimi zəhmətimi şəhərin baxımlı yerindən iki otaqlı bir evlə dəyərləndirib dedilər ki, subay oğlansan, sevdiyin gözəl bir xanımla ailə qurub həmin evdə yaşa. Evdə təmir işləri gedir. Təmir işləri tamamlanan kimi toyumuzu edib birlikdə yaşayacağıq. İndii özün de, belə dənizi necə sevməyim? Sənin kimi gözəl bir qız verib, hələ üstəlik iki otaqlı da bir ev.

Duyğu işıqlı bir təbəssüm qarışıq sevinclə Fatehin boynunu qucaqlayıb saçını sığallayaraq gözlərinə baxıb öz əksini orda görməyindən qürurlanaraq, «Bax, məni dənizdən çox sevərsən. Yoxsa səndən küsərəm. Mən çox qısqancam. Mənim olan ancaq mənə mənsubdur. Mənə mənsub olanı başqası ilə bölə bilmərəm» – deyərək paxıllandı.

Qızın əlinin təmasından, qığılcım saçan baxışlarından bədənini saran anlaşılmaz duyğuların təsiri ilə qızı sinəsinə sıxıb əlindəki çiçək dəstəsini göstərərək, – Sənin üçün «sirr» olan çiçək məsələ­sinin qaranlığına aydınlıq gətirdim ki, ürə­yin sakit olsun. – deyən Fateh gülərək saçları sinə­sinə dağılmış Duyğunun gözlərinə baxdı.

Eşitdiyimə görə sarı çiçək nifrət rəmzidir. Bunun dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Mən sarı rəngi çox sevirəm. Qızılgülün hamı tərəfindən məhəbbət, sevgi rəmzi kimi qəbul olunduğu məlumdur. Hər dəfə sənlə görüşə gələndə sarı çiçəklərin içərisində olan qızılgülü sənin üçün almaqla sənə olan sevgimi, sarı çiçəkləri isə dənizə atmaqla dənizə olan sevgimi bildirirəm. Çünki, bax bu dənizəli ilə dənizi göstərərək, – özünün ən gözəl, ağıllı duyğusal qızını mənə verib. Sevdiyim sarı rəngli çiçəkləri sevdiyim dənizin qoynuna atmaqla dənizə olan sevgimi minnətdarlığımı bildirirəm. Sən dənizin qızısan. Hər dəfə dənizə baxanda, dənizin qoynunda özümü dənizin verdiyi evdə dənizin verdiyi Duyğu ilə birgə görürəm. İndi özün de, belə dənizi necə sevməyim?

Sarı rəngi sənin bu cür sevdiyini bilmirdim. Sarı gülün nifrət rəmzi olduğu boş sözdü. Kiminsə uydurduğu cəfəngiyatdır. Bu gündən sonra mənə sarı gül gətirərsən. Sənin üçün xoş olan, mənim üçün xoşdur. Necə ki, mən sənin duyğularına hakim olmuşam, sən mənim dünyamı son qala­sına kimi fəth etmisən. Biz artıq bir-birimizin içində əriyib iki adamdan bir adama çevrilmişik. Sənin sevdiyini mən sevirəm. Dənizi sarı rəngli çiçəkləri.

Qurban olaram məni sevən ürəyinə. Mənə olan sevgini, istəyini bildirmək üçün mənə sarı çiçək gətirərsən. Özün dedin ki, mən dəniz qızıyam. Məni dənizdən, dənizi məndən ayırma, – deyən Duyğu Fatehin əlindəki çiçək dəstəsinin yarısını alıb bir-bir dənizə ataraq: «Biz səni sevirik. Dəniz!» – dedi.

Fateh əlində bir dəstə sarı qızılgül həmişə ilk tanış olduqları yerdə məhəcərə söykənib dənizə tamaşa edir, arabir qolundakı saata baxıb, «Bu gecikən deyildi, olmaya başında bir var. bəlkə, xəstələnib», – fikrini qəlbindən keçirtdiyi məqam­da yadına düşdü ki, zəng edib bir məlumat bilsin. Zəng etmək istəyirdi ki, gördü Duyğu yanında dayanıb, əlində bir dəstə sarı qızılgül, əynində sarı don. Heyrətini gizlədə bilməyən Fateh «Bu gözəllikdir belə?» – deyərək, özündən asılı olma­yan sevinclə qızı qucaqlayıb sinəsinə sıxdı.

Çox yaraşır? – Duyğu Fatehin qolları arasında qulağına pıçıldadı.

Don səni daha da gözəl göstərir. Gözüm dəyəcək. Evə gedəndə üzərlik yandırıb tüstüsünü iyləyərsən. – Fatehin sözünə hər ikisi güldü.

Sarı rəngdən xoşün gəlir deyə, sənin üçün tikdirmişəm.

Çox gözəl. Həmişə mənlə görüşə gələndə bu paltarda gələrsən.

Oldu. Baş üstə. Sənin sözün mənim üçün pozulmaz qanundur. – Duyğu təbəssüm dolu baxışlarla Fatehi süzdü.

Yaxşı, bu gülləri üçün alırdın? Mən ki, almışdım.

Mən sənin kimi, dənizi sevirəm. Axı, canım qədər sevdiyim Fatehim ayın yarısını sevdiyi dənizin qoynunda keçirir. Bu gülləri minnətdarlıq əlaməti kimi dənizin qoynuna atacam ki, sevgilimdən muğayat olsun, onun qayğısına qalsın.

Çox yaxşı görmüsən. Səhər növbəyə gedirəm. Evdə təmir işləri başa çatıb. Ev sənin ayaq səslərini eşitmək, nəfəsini duymaq üçün yaman qəribsəyibdir. Otaqlar mənə söylədi ki, biz Duyğu üçün darıxırıq. Mən cavab verdim ki, bir az da dözün, bu dəfə növbədən qayıdanda Duyğu­nu birdəfəlik gətirəcəm. Elə özüm onun üçün darıxıram. İstəyirəm qalan ömrünü mənimlə birlikdə sizin qoynunuzda keçirtsin. Bütün otaqlar elə sevindi ki.

Fateh, ürəyim yaman narahatdır. Bu gecə yuxumu qarışdırmışam. Uzaq olsun, bir şey olar. Gəlsənə, yerini dəyişəsən. Şəhərdə o qədər yeri var ki. Həm on beş gün mən səndən ayrı necə dözəcəm?

danışırsan, Duyğu. Sən bilirsən ki, iki sevgilim var, biri sən, biri dəniz. Səni mənə dəniz verib. Lap başıma bir gəlsə, mən yenə dənizi sevirəm. Dəniz pakdır, təmizdir, yalandan, riyadan uzaqdır. Elə bir təmizliyin qoynunda əbə­diy­yətə qovuşmaq səadətdir. Dəniz təmiz göz yaşları ilə cəsədinə həmişə layla çalacaq. Bir ki, üçün pis şeylər haqqında düşünürsən? Demişəm bir daha təkrar edirəm: – Mənim iki sevgilim var: biri dəniz, biri Duyğu. Bunlara heç vaxt xəyanətkarlıq etmərəm, – deyən Fateh əlindəki sarı qızılgülləri bir-bir dənizə atmağa başladı. Duyğu da gətirdiyi gülləri dənizin qoynuna atdıqca ləpələrin gülləri dalğalandırmasına baxıb fikrə getmişdi.

fikirləşirsən? Bir az gəzinək, sonra gedək.

Gecə öz qanadlarını şəhərin üzərinə sərsə , adam əlindən Dənizkənarı bulvar aşıb-daşırdı.

Fateh binə evinin yaxınlığına çatanda, «Bu dəfə növbədən qayıdanda səni öz evimizə apara­cam. Ona kimi hazırlaş», deyərək Duyğunu sinə­sinə sıxdı.

Gecən xeyrə. Özündən muğayat ol. Bil ki, səni gözləyən var. – Duyğu istəməsə Fatehin qolları arasından ayrılaraq liftə daxil oldu.

Fatehdən ayrılandan sonra Duyğu üçün hər gün bir il kimi keçirdi. qədər çalışırdı, qara-qura fikirləri beynindən qova bilmirdi. Sakitləşmək üçün arada bir zəng edib vəziyyətlə maraqlanırdı. Fatehin – «Yaxşıyam, narahat olma. Bir az da döz, növbədən qayıdan kimi səni öz evimizə gətirəcəm. Toy üçün restoranı da danışmışam. Sən hazır ol», – deyə gülməsi qızı sakitləşdirirdi. Telefona özü cavab verə bilməyəndə, Fatehin verdiyi nömrəyə zəng edib soruşanda, «narahat olmayın, dənizdə­dir», «buruqda qəza baş verib» s. bir cavab verirdilər.

Tezdən başlayan küləyin getdikcə güclənməsi iztirab qarışıq sevinclə günləri sayan Duyğunun elə bil canına əsirdi. Bir neçə dəfə zəng etsə , zəngə cavab verilmədiyindən, bədəninə dolan qorxunu yox etmək məqsədi ilə Fateh verdiyi nömrəyə zəng etdi. Həmin nömrənin cavab vermədiyini görən Duyğu televizoru açıb «günün xəbərləri»ni gözləməyə başladı. Diktorun «Neft Daşlarında güclü küləyin fəsadları nəticəsində on nəfər itkin düşüb. Hadisə yerinə təcili xilasedicilər göndərilib. Axtarışlar davam edir» – sözlərini eşidən Duyğu özün­dən gedərək döşəməyə yıxıldı.

Xəstəxanada uzunmüddətli müalicədən sonra evə gələn Duyğu sarı donunu geyinib, əlində bir dəstə sarı qızılgül həmişə dənizin qırağında görüşdükləri yerə gəldi. Əlindəki gülləri bir-bir dənizə atdı gülləri əzizləyən ləpələrə baxaraq yanağı aşağı süzülən göz yaşları içərisində üzünü dənizə tutdu: – Dəniz, Fateh səni çox sevirdi. Səni sevməyi mənə öyrətdi. Görünür, sən Fatehi məndən çox sevirmişsən deyə, əlimdən onu aldın. Sən öz vüsalına qovuşub Fatehi əbədi qoynuna aldın, mənə isə ömürlük nakam məhəbbətin sağalmaz yarasını bəxş etdin. qədər ömrüm varsa, gəlib səndən Fatehimi istəyəcəm. Belə insafsızlıq olmaz ki, sən mənə etdin. Mən səni heç vaxt bağışlamayacam. Sənə nifrət edirəm, Dəniz!» – deyən Duyğu gözlərinin yaşını silərək, söykəndiyi məhəccərdən aralanıb, ağır-ağır addımlamağa başladı.

 

***

Aylar-illər ötsə , bulvarda gəzintiyə çıxanlar tez-tez bir qadını əlindəki sarı qızılgül dəstəsini dənizə səpərək saatlarla məhəccərə söykənib dənizlə söhbət edən görürdülər. Belə yay günlərinin birində, bir qoca kişi Duyğuya yaxınlaşdı:

Qızım, mən hər bura gələndə səni burda saatlarla dənizə tamaşa edən görürəm. Həmişə əlində bir dəstə sarı çiçək olur. gedənə yaxın çiçəkləri dənizə səpib gedirsən. Əgər sirr deyilsə, bu məsələdən məni agah edərsənmi?

Duyğu dərindən köksünü ötürərək, yanağındakı göz yaşını silib dərdini qoca ilə bölüşdü.

Qızım, Allah rəhmət eləsin! Amma bir həqiqəti bilməlisən ki, dəniz sənin sevgilini qaytaran deyil. Ölənlə ölmək olmur. Sənin başına gələnlər birincidir, axırıncı. Cavan ömrünü puç eləmə.

Siz danışırsınız, mən Fatehdən sonra başqasını sevəm, kiminləsə ailə quram? Bu heç vaxt baş tutası deyil. Elə bir fikri mən ağlıma da gətirmirəm. Ömrümdə bir dəfə sevmişəm, o da Fateh olub. qədər sağamsa, ayaqlarım yeri­yir­, nəfəsim gedib-gəlirsə gözüm görürsə, qalan ömrümü burda durub dənizdən Fatehi mənə qaytarması üçün yalvarıb-yaxaracam, göz yaşı tökəcəm. Yəqin bir gün, vaxtsa, dənizin ürəyində mərhəmət hissi oyanıb Fatehimi özümə qaytaracaqdır.

Duyğunun yanıqlı ürək naləsini eşidən qoca, qarşısında dayanmış qızın doluxsunmuş gözlərini tək-tək dən düşmüş saçlarını nəzərdən keçirib dedi:

Qızım, sənin kimi cavan ömrünü nakam sevgisi yolunda şam kimi əridən qızların sevgilisi heç vaxt ölmürlər. vaxtsa onlar qayıdacaqlar. Onların qayıdacaqları zaman isə heç kimə məlum deyil.

23.01.2024