Sabir Zəkullaoğlu : - Sevgi nədir...?

YAZARLAR 21:33 / 02.04.2024 Baxış sayı: 1486

Sevgi nədir...?

Sevginin nə olduğunu bilsəydik, yəqin ki, sevgi də olmazdı..

Rəngi, ruhu, avazı bilinməyən, əvvəli yaz havası kimi ətirli, güllü çiçəkli, böcəkli, al əlvan..

Sonrası, bom boz, şaxtalı, buzlu, soyuq, qan donduran...

Bəzən də dönub keçmişə baxanda, o günlərin nə qədər gülməli, nə qədər bayağı olduğunun fərqində olursan..

Görünən o ki, insanı xöşbəxt edən elə məhz bayağı həyat tərzi, bayağı yaşayış tərzidir..

Məsilə bu ki, həyatı çox ciddi qəbul edəndə xoşbəxt ola bilmirsən..

Ömrün "nənəm vayla" keçir..

Ömrün olur imam Hüseyin müsübəti..

Nə özün yaşayırsan, nə ətrafının yaşamasına imkan verirsən..

Axı səni ahu zar içində görən adam, necə gülüb xoşbəxt olsun..

Sevginin maraqlı tərəfi həm də odur ki, sevən adam sevdiyinə heç vaxt qulaq asmır.

Qulaq asmaq istəsə belə, onu eşitmir..

Sadəçə onun necə danışdığını, üzünün, gözünün ifadəsini, mimikasını, üzündəki təbəssümü, dodaqlarındakı gülüşü, tərpənişi, necə kirpik vurmasını seyr edir..

Guya ki, heç kim kirpik vura bilmir. Bunu təkcə onun sevdiyi adam bacarır..

Sevdiyinin səsi, onun qulağına Amalya Pənahova, Whitney Houstonın səsi kimi gəlir..

Odur ki, ona qulaq asmasa da, onun danışmağını istəyir..

Sevgidə keçən bir il, normalda yaşanan 10 ilə bərabərdir..

İnsan bir ömür sevmirsə əminliklə onun yaşamadığını, sadəcə nəfəs aldığını demək olar..

Məncə insan ömründə bir neçə dəfə sevə bilər..

Yetər ki yaxşı "obyektə ilişəsən"..

Çünki sevgi də din kimidir.

Sifarişlə olmur, bir də görürsən ki, artıq dindarsan..

Bəxt hər an insani izləyir..

Sən Azərbaycanın cənubunda doğulub şiə, qərbində doğulub sünnü də ola bilərsən..

Hələ Berlində, Venesiyada doğulub, dunyaya "kafir" kimi gəlməkdən danışmıram..)