Sabir Zəkullaoğlu : - Ən ağır dərd anlaşılmamaqdır.

YAZARLAR 22:11 / 11.02.2024 Baxış sayı: 1953

 

Elə anlamaq özü də böyük bir dərddir. Ancaq istənilən halda, istər anlamaq, istərsə də anlatmaq üçün ilk növbədə insanda başa düşmək qabiliyyəti olmalıdır.

Ən azı özün də başa düşməlisən ki, qarşındakı adamda anlamaq təfəkkürü var, ya yoxdur..

Əks halda başa düşməyən adama nəyisə anlatmaq kimi mənasız bir işlə məşqul olacaqsan..

Zatən deyilən istənilən fikirin yükü deyildiyi yox, başa düçüldüyü miqyasdadır.

Miqyas demişkən, anlamaq, anlatmaq bu da mühitə, şəraitə baglıdır.

Gərək olduğun və ya danışdığın şəraitdə şəbəkə olsun ki, bir birunlə danışıb əlaqə saxlaya biləsən.

Danışmaq deyərkən, danışmaq başa düşməkdən daha asandır.

Hətta yeni bir dil öyrənəndə başa düşməyə çətinlık çəksən də, danışmağa elə də çətinliyin olmur.

Danışmağın yükü başa düşmək qədər ağır və məsuliyyıtli deyil. İlah da məsləhət vermək. Kim nə qədər istəsə məsləhət ver getsin..

Ancaq ağıllı insanlar çox vaxt məsləhət verməkdə çətinlik çəkirlər.

Nədəni o ki, verdikləri məsləhətin mənfi tərəflərini əvvəlcədən görüb, çəkingənlık edirlər. Doğrudur yoxsa səhv deyə bilmərəm.

Bəlkə də doğru deyil. Ola bilsin ki, sadəcə məsuliyyətdən qaçırlar...

Hər halda bu laqeydlik kimi görünür...

Ən çətin işlərdən biri də yazmaqdır..

Yazmaq, bir növ rəsmiyyətdir. Yazmaqla özünü, sözünü, düşüncəni rəsmləşdirirsın..

Yəni burda özündən qaçış yoxdur.

Elə bil ki, özün özünü ifşa edirsən, ya da özündən bir qala tikirsın.

Ümumiyyətlə, hər bir insanı, bir tikinti mayerialına bənzətmək olar..

Materialı yaxşı olsa ondan çoxmərtəbəli bina da tikmək olar, şəhər salmaq olar. Yetər ki, o materialdan düzgün istifadə olunsun, tikinti normalarına düzgün riayət olunsun.

Bir də yazmağın o işi çətindir ki, bəzi hərflər bir biriləri ilə düşmən kimidir. Elə bil ki biri sünnü, biri şiədir. Gərək yazı yazanda bunları mütləq nəzərə alasan..

Çümlə quranda da, elə hərfləri yan-yana qoymalısan ki, o hərflər bir-birlərilə yola getsinlər, eyni bölgənin adamları kimi, qohumcanlı, dostcanlı olsunlar..

Əgər başqa-başqa bölgənin hərfləridirlərsə, o halda, ilk öncə, heç olmasa onların qohum olmaları üçün şərait yaratmaq lazımdır..

Bir də ən əsası odur ki, gərək niyə və nəyə görə yazdığının çox da fərqində olmayasan. Özün başa düşməsən də, səni kimsə başa düşəcək..

Əsas odur ki içdən ğəlsin..)