Rəfail Tağızadə - Ruhumdasan

Ədəbiyyat 09:25 / 01.11.2026 Baxış sayı: 347

 

Səssizlikdə səsini eşidirəm pıçıltılarında,

əlin-əlimə,

dodağım yanağına toxunmasa da.

Sən mənim içimdəsən.

Qəlbin qəlbimə toxunur,

fikrin düşüncələrimə.

Hər gün səndən keçib gedirəm

sabahkı günlərimə.

Üzümə doğan günəş sevincindi,

gözümdən süzülən yaş kədərin.

Sən payıza daha çox bənzəyirsən,

sevdiyim payıza.

Bəlkə, sənsən payızı mənə bu qədər sevdirən.

Sən ətrini kiməsə verməz

payızda yaz qoxulu gülsən.

Dəyiş həyatın rəngini,

fərqlilik ən böyük gözəllikdi.

Sən, mən, payız və həyat...