Qurban Əhmədov - YÜKÜNÜZ YÜNGÜL OLACAQ?
Zalda demək olar ki, hammı deyinirdi: - İlin-günün bu yağışlı havasında nə məcburdu bizi bura gətizdirirsiniz. Nə iş görmüsünüz ki, hesabatını da verəsiniz?
Birdən zala rayon rəhbəri və qonaqlar daxil oldular. Bütün zaldakılar ayağa qalxdılar. Rayon rəhbəri və qonaqlar əyləşəndən sonra hammı əyləşdi. Rayon Statistika İdarəsi rəisi səhnəyə qalxıb, tribunaya yaxınlaşıb çıxışına başladı:
- Başda rayon rəhbəri və qonaqlar olmaqla hər birinizi salamlayıram. Çox hörmətli tədbir iştirakçıları bu günkü tədbirimiz rayon rəhbərinin beş illik fəaliyyətinin hesabatıdır. Bu beş illik fəaliyyətdə kadr dəyişikliyi siyasətinin mahiyyətindən və uğurlu nəticələrindən, rayonda görülən işlərdən və gələcəkdə planlı şəkildə mərhələli görüləsi işlərdən sizi agah edərək hesabatı mən təqdim edəcəyəm. Əziz tədbir iştirakçıları bu beş ildə görülən işlər hammısı göz qabağındadır. Görüləcək işlər də görüləndə inşallah görəcəksiniz, biləcəksiniz. Qaldı ki, kadr dəyişikliyinə, onu da ad və sayı ilə sizin nəzərinizə çatdırıram. Deməli rayonumuzun Xəstəxanasına bu beş il ərzində üç dəfə drektor dəyişikliyi olmuşdur. Rayon təhsilində üç nəfər sektor müdürü dəyişikliyi olmuşdur. Rayon Poçtunda da üç poçt rəisi dəyişikliyi olmuşdur. Peşə məktəbində iki drektor dəyişikliyi olmuşdur. Melorasiya idarəsi rəisi vəzifəsı də üç dəfə dəyişdirilib. Rayon Arxiv müdürü də dörd dəfə dəyişdirilib. Şəhər meri də beş dəfə dəyişdirilmişdir. Mənzil İstismar Müəsisələri (MİS) rəisi vəzifəsi dörd dəfə dəyişib. Komunal Müəsisələri yəni (KMK) rəisi dörd dəfə dəyişib. Rayon aparatı rəhbərliyinin mütəmadi kadır dəyişikliyi olur və olmaqda davam edir. Kənd ərazi nümayəndələri tez-tez dəyişdirilir. Həmçinin kənd bələdiyyə sədrləri də mütamadi dəyişdirilir. Rayon Bələdiyyə sədri beş ildə altı dəfə dəyişdirilib.
Tədbirdə iştirak edən qonaqlardan biri rayon rəhbərinə üzünü çevirib gülə-gülə dedi:
- Kadr dəyişikliyi siyasəti yamandı ha...
Rayon rəhbəri də gülümsəyərək cavab verdi:
- Bəs neyləyim, o, yana gedəndə yükləri qədəri cəzaları da yüngül olsun də. Ona görə bu yazıqlar tez-tez dəyişdirilirlər.
Ətrafdakılar da bunlara qoşulub gülüşdülər.