Aləmzər  Sadıqqızı - Daha biləcəyəm sənin xətrinə...

Ədəbiyyat 20:00 / 30.10.2026 Baxış sayı: 823

 

Yaman darıxıram səni görməyə...

Həm də çox qorxuram necə olacaq?

Günəşmi doğacaq arzularıma...

Ya da gözlərimdə Ay darıxacaq...?

 

Gördüyüm yuxumu, yoxsa xəyalmı...

Gəlib dayanmısan gözümün üstə...

Mən bir az yuvasız quşlar kimiyəm...

Hələ dayanmışam sözümün üstə.

 

Bilsən ürəyimi nələr dağıdır...

Hərdən bir havaya köklənir könlüm.

Bəzən illər keçir xəyallarımdan,

Gah elə bilirəm tükənir ömrüm...

 

Aləməm ürəyim çiçək-çiçəkdi...

Bu payız bürünüb yazın ətrinə.

Daha gözlərimi sildim bu gündən...

Daha güləcəyəm sənin xətrinə!

1984