Lənkəranda  -  "DÜNƏNLƏ SABAHIN KÖRPÜSÜ MƏNƏM"

MƏDƏNİYYƏT 20:27 / 31.10.2026 Baxış sayı: 1201

Bu gün - 31 oktyabr 2026-cı il tarixdə AYB Lənkəran Bölməsində xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 80 illiyi münasibətilə "DÜNƏNLƏ SABAHIN KÖRPÜSÜ MƏNƏM" adlı yubiley tədbiri keçirildi.

Yenises.az  xəbər  verir  ki,   tədbirdə bölgə yazarları, rayonun tanınmış ziyalıları,elm xadimləri, gənclər, şagird və tələbələr iştirak etdilər.

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açdı. Giriş nitqində o, Sabir Rüstəmxanlını azadlıq hərəkatının öncüllərindən olmaqla görkəmli ictimai-siyasi xadim,türk dünyasının böyük şairi, nasiri,dramaturqu,publisisti və tərcüməçisi kimi xarakterizə etdi.

LDU-nun müəllimi, filologiya elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi Yədulla Ağazadə şairin həyat və yaradıcılığı barədə geniş məruzə etdi, əsərlərindən nümunələr gətirməklə Sabir sənətinin möhtəşəmliyini önə çəkdi.

Tədbirdə iştirak edən tanınmış rayon ziyalıları Hacı Fəxrəddin Caniyev,

Miriqbal,yazıçı və şairlərdən Səyavuş Süleymanlı,Hafiz Mirzə,İltifat Əhmədov, Xudaverdi Cavad, Sərraf Talıb, Ağamir Cavad, Əhməd Haqsevər,Nəriman Azəri,publisist Kamil Cabbarov çıxışlarında Sabir Rüstəmxanlını təbrik edib onun şəxsiyyəti və sənəti ilə bağlı fikir və düşüncələrini bölüşdülər,arzularını söylədilər.

Hacı Fəxrəddin Canıyevin,şəhər 10 saylı orta məktəbin şagirdi Zəhra Məmmədlinin Sabir Rüstəmxanlı yaradıcılığından ifa etdikləri şeirlər maraqla qarşılandı .

Qafar Cəfərli yekun çıxışında yubilyarı cənub bölgəsinin söz adamları,ziyalıları,ümumən isə bölgədə yaşayan bütün həmyerliləri adından təbrik etdi, uzun və sağlam ömür arzuladı.

Sonda xatirə şəkilləri çəkildi.