Bəhram Bilaloğlu- Kaş ki,yaşıl vaxtım olaydı bir də

Ədəbiyyat 20:16 / 30.10.2026 Baxış sayı: 3256

Kaş ki,yaşıl vaxtım olaydı bir də,

Çiçəklər açardım,barım olardı.

Susuzluq qurudan yarpaqlarımı

Verməzdim payıza,mənlə qalardı.

 

Sən payız küləyi,mənsə qor oldum,

Yarıya bölündü məhəbbətimiz.

İsti günəş kimi şəfəq saçmadıq,

Sarıya bənzədi səadətimiz.

 

İndi yaz fəslidir,torpaq örtülü,

Qol açır təbiət yeni qollara.

Mənim özüm boyda əsəri yoxdur,

Allahdır əsəri salan yollara.

 

Şərəfdir bu yolun hər izi,qolu,

Ruhumun ən dərin zirvəsindədir.

Elə yaranmışam,mükəmmələm ki,

Dağlar şüurumun gövdəsindədir.