Kəmaləddin Qədim - BURAXIN BU DÜNYANI...
Buraxın bu dünyanı
bir az yaşama qalsın.
Yer bölünüb, qurtarıb,
bu göy, bu səma qalsın.
Yol verin şərə, çıxsın,
bu dərdə-sərə, çıxsın.
Axşam səhərə çıxsın,
səhər axşama qalsın.
Qoyun düzün düzünü
bir göstərsin üzünü.
Ağlamağa özünü
beş-üç oxşama qalsın.
Özünü alsın ələ
daha nələr və nələr...
Kül olsun pərvanələr,
baballar şama qalsın..