Bir az da təbəssüm - Fərhad Tapdıqoğlu

YAZARLAR 09:43 / 01.11.2026 Baxış sayı: 324

 

Turş-məzə

(hekayə)

Turş-an uşaq olanda atası ilə bir neçə dəfə Şuşanın Turş-su kəndində olmuş,turş-sudan doyunca içmişdi. Laçın turş-suyunu da çox bəyənirdi Turş- an.

Şuşa,laçın işğalda olan illərdə isə Gədəbəyin Qala və Mor- mor kəndlərindəki

turş-sularda dəfələrlə olmuşdu.

( Şükürlər olsun ki,Turş- an indi Şuşa və Laçının Turş- sularına tez- tez gedir).

...Turş- an çox baməzə adamdır.Turş məzələri çox xoşlayan Turş- andan kefini soruşanda deyir:

"Turş-məzədir,turş- məzə"

Kənddə yaşadıqları illərdə anasının xımı,baldırğan, pərpətöyün

turş-ularını çox bəyənirdi Turş- an.

Orta məktəb illərində kimya fənninin turş-ular,qələvilər,turş-u oksidləri,turş duzlar bəhslərini keçəndə düşünürdü:" Məsələn sulfat turş-usu,kələm turş- usu.Hər ikisi də turş- udur.

Axı nəyə görə məhz turş-u?!

Yaxud turş- u oksidi,xiyar turş- usu?!"

Təbii ki,illər sonra Turş- an o suallara cavab tapdı.

Turş- u yağışının nə olduğunu da öyrəndi Turş-an.Turş- an bilirdi ki,mədənin turş- uluğu artanda qastrit əmələ gəlir...

...Turş-anın həyat yoldaşı Cənub bölgəsindən idi.Tələbəlik illərində tanış olmuşdu Gülcan xanımla.

Gülcan xanım hər il qışa növbənöv turş-ular tədarük edərdi: pomidor,xiyar,kələm,alça,alma ,əzgil ,zeytun ...turş-uları .

Saymaqla bitməz turş- iları Gülcanın. Ləzzətli turş-u qovurma da bişirir,içərisi pomidor,soğan ,turş- ulu yay balıq ləvəngisi də.Turş- u kababına da söz ola bilməz Gülcan xanımın.

Gülcan xanımgildə turş aıça,gavalı qurusu da,turş- u lavaş da bol olur.

...Turş- an xanımına günortaya turş- ulu aş bişirməyi tapşırdı, özü qonşu Kənanla pivəxanaya getdi.

Pivə köhnə idi,turş- umuşdu,içmədilər.

Pivəxanadan çıxıb ,çayxanaya üz tutdular.Turş- məzə konfetinən,limonnan çay içdilər...

Marketdən iki şüşə turş

çaxır da aldılar,meyvə - tərəvəz dükanından bir neçə nar, bir neçə dəstə turş- əng( quzuqulağı) də...

Gözəl süfrə açmışdı Gülcan xanım.Süfrədə mer- meyvələr də vardı,bir neçə növ turş- u da.Gülcan Turş- anın aldığı turş- əngləri də təmizləyib ,yuyub ,süfrəyə əlavə elədi,narları da qoydu.

Turş- anla Kənan turş- ulu aşdan yedilər,turş çaxırdan içdilər.Aldıqları narlar da turş çıxdı.Amma yedilər...

Turş- an Gülcana dedi ki,"bir nimçə qatıq gətir süfrəyə".

Turş- an qatıqdan bir neçə qaşıq yedi.Qatıq turş-umuşdi.Turş- an arvadına üz-gözünü turş- utdu...

Kənan yeyib- içəndən sonra evlərinə getdi.

Turş- an bir az keflənmişdi.Gülcan dedi:

--Nə olub sənə? Bir şüşə turş çaxır içmisən də...

Həə,bir də nə yemisən,turş- ulu aş...

( Narahat olmayın," nə yemisən turş- ulu aş " baş vermədi...))) .Sadəcə bir az turş məzələndi Gülcan Turş- anla)

Turş-an çarpayıya uzandı, yuxuya getdi.Gülcan Turş- anın üstünü örtdü...

P.S.Mən də bu kiçik hekayəni burda bitirdim .Necə alınıb?

Turş- məzə?...