Saqif  Qaratrpaq- Yıxıb  bu  sevdanın taxtı- tacını...

Ədəbiyyat 13:59 / 31.10.2026 Baxış sayı: 184

***

Yıxıb bu sevdanın taxtı- tacını,

Getdin...tək çəkirəm ağrı-acını.

Sənə neyləmişəm,ipək sacını

Bağrımın başına sərmirsən,adam?!

 

Fələk yolumuzda min oyun qurub,

Yersiz qınaqların ruhumu yorub.

Könlümün evini hər gün uçurub

Qayıdıb bircə yol hörmürsən,adam!

 

Daha misra-misra köcüb gedirəm,

Acı göz yaşımı içib gedirəm.

Yanından yüz dəfə keçib gedirəm,

Sən məni görmürsən,görmürsən,adam!

31.10.2026