Vəli  Xramçaylı - İNDİ ŞAİRLƏRİ GULLƏLƏMİRLƏR,

Ədəbiyyat 18:41 / 30.10.2026 Baxış sayı: 774

 

indi şairlərdə azıb yolunu,

Daha misralardan qan iyi gəlmir.

Tərifə,təltifə acıb qolunu,

İndi şairlər də gullədən ölmur-

İndi şairləri gullələmirlər...

 

Haqqa uz cevirib,haqqı demirlər,

İndi sairlər də əl calan olub.

Harama uz tutub,halal yemirlər,

Vəzifə önündə alcalan olub-

İndi şairləri gullələmirlər.....,

 

Yagının əlində qalan daglara

Yalandan-palandan tərif toxuyur.

Qaraya ag deyir,qara,aglara,

Daha nəfsidə yalan qoxuyur,

İndi şairləri gullələmirlər......

Bir qaşiq qanindan qorxan şairlər,

Sinəsində orden medal gəzdirir.

Bu təltif ölüsü xoxan şairlər

Daha bu milləti yaman bezdirir-

İndi şairləri gullələmirlər....

İndi şairləri gullələmirlər....