Qəşəm İsabəyli : - GİCƏLƏK RUHLAR
Ədəbiyyat
20:00 / 05.07.2025
Baxış sayı: 3327
Dünyadan köçən
Feyzbuk dostlarımızın
Gicələk qalmış müqəddəs ruhları –
Başsız atlı kimi
Tez-tez çıxırlar qarşımıza.
Rəhm umur,
Sınağa çəkirlər səxavətimizi–
“Dostluğunuza qəbul edin bizi!”