Qəhrəman adın mübarək - yazdı  Şahverən Cavad

Ədəbiyyat 10:32 / 25.03.2026 Baxış sayı: 452

 

24 mart əfsanəvi kəşfiyyatçı , Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun cənnətdə mövludu günüdür

Dağlar da vüqarlı əsgər tək durub ,

Ağsaqqal qayalar bax , bardaş qurub .

Zirvələr dan yeri , dərələr qürub .

Qürurla döyünür neçə min ürək ,

Pəncəli , Qəhrəman adın mübarək !

 

Ömrünü xalqına bəxş edən insan ,

Şərəflə ad aldın - Milli Qəhrəman .

Gözün aydın olsun , Vahimə ana .

Adına bir dastan mən yazım , gərək ,

Pəncəli , Qəhrəman adın mübarək !

 

Başına milyonlar vəd etdi yağı ,

Hər zaman düşmənə oldun gözdağı .

Candan əziz tutdun ana torpağı ,

Toyunda dediyin arzular gerçək ,

Pəncəli , Qəhrəman adın mübarək !

 

 

Uca zirvələrdə tutmusan qərar ,

Heç vaxt saçlarına yağmaz bəyaz qar .

Gəldi vətəninə əbədi bahar .

Məzarın üstündə təzə , tər çiçək ,

Pəncəli , Qəhrəman adın mübarək !

2025