Elnur Uğur Abdiyev - Yığıb əl- ayağın baş- ayaq ömrün

Ədəbiyyat 15:39 / 25.03.2026 Baxış sayı: 345

Yığıb əl- ayağın baş- ayaq ömrün,

Gedəsən sonuncu ulduza qədər.

Cisminin ruhundan ayrıldığını,

Küləklər apara o qıza qədər.

 

Aça göy gözləri sənə cənnəti,

Axa yaş gözündən qüsul niyyəti.

Geyinib ruhuna səmimiyyəti,

Gedəsən sonuncu suçsuza qədər.

 

Qapılar dalında əli görəsən,

Əllər arxasında " gəl" i görəsən.

Özünü hamıdan dəli görəsən,

Güləsən sonunda sonsuza qədər.