Əşrəf Veysəlli - ANAMSIZ KEÇƏN GÜNLƏRİM
Dünya— bir ana qucağı,
atdı məni, tutdu məni.
Taleyin sərt tufanları
qabağına qatdı məni.
Düşdüm fələyin felinə,
əlimi verdim əlinə.
Arzuların mənzilinə
çatmamış aldatdı məni.
Harda qaldı şən günlərim,
onsuz mələşər günlərim.
Anamsız keçən günlərim
anamı ağlatdı mənim.
2013- cü il.