Qalib  Şəfahət : - Xankəndi şəhərinə bir ağı. 

Ədəbiyyat 09:54 / 25.11.2022 Baxış sayı: 2346

 XANKƏNDİM, XAN ŞƏHƏRİM

Əvvəl örüş yeri oldun,

Sonra, görüş yeri.

Xankəndim, xan şəhərim,

Xaniman şəhərim.

Xanların anuşları, hayqanuşları

Başına çəkib, bihuş olub

Uduzulan şəhərim.

Göbək rəqsi çalındıqca,

Göbələk kimi bitdi anuşlar,

haykanuşlar bilinmədi

qüssəm qəhərim Ayaqda saxladıq,

əldən uduzlan şəhərim.

Əlimiz anuşların belində

sən də əsir oldun,

anuşların əlində qalan şəhərim,

xan şəhərim.

Gümanlar içində güman şəhərim

ətrafi sis ,duman şəhərim.

 

Xankəndim, xan şəhərim.

Qala qurduq qalmadıq,

Doyunca kam almadıq.

Ey! kef şəhərim, kefqom şəhərim!

Dunyaya gəlişin xan oğlu xan tək,

Bir vaxt Şuşa ilə dərd ortağıydın.

İndi əsirlikdə qalan şəhərim.