Paşinyan ABŞ dövlət katibinin müavini ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib

DÜNYA 09:30 / 19.06.2024 Baxış sayı: 3646

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.

Yenises.az   xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar, iki ölkənin sərhədlərinin delimitasiyası prosesi, “Dünyanın kəsişməsi” layihəsi müzakirə olunub.