Matçı zamanı işıq dirəyi AŞDI - AZƏRBAYCANDA

MƏMLƏKƏT, İDMAN 20:10 / 23.12.2023 Baxış sayı: 10738

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.

Yenises.az  bildirir   ki,ki, hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib.

Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb.

Matçın qalan hissəsi bu gün oynanılmayacaq. Görüş dekabrın 24-ü, saat 12:00-da dayandırıldığı 82-ci dəqiqədən davam etdiriləcək.