Laçında 850 kq çətənə bitkisi məhv edilib
![](/uploads/img/posts/2024/06/10/25jpg-1718001434jpg-1718005332.jpg)
Laçında 850 kiloqram yabanı halda bitən çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenises.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" tədbirlər planına uyğun olaraq Zabux çayının sahilində yabanı halda bitən 850 kiloqram 5215 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib