Kəramət : - SERVANTES NOVRUZƏLİ, MİRZƏ CƏLİL DON KİXOT YARADA BİLMƏZDİ

YAZARLAR, Gündəm 08:06 / 15.05.2024 Baxış sayı: 1698

DON KİXOT, NOVRUZƏLİ

STOUÇULUQ

....yel dəyirmanıyla vuruşmurdu Don Kixot, ZAMANla vuruşurdu. Bu vuruş-qazan, fizikiyə, pafos-patetika-ritorikaya qarşıydı, tragikomik qarşıdurmaqdı. Don Kixot obrazının fəlsəfəsi bir düşüncə (həm də ədəbi) erasının bitişiylə yenisinin arasındakı mücadiləydi.

Avropa ədəbiyyatında qəhrəmanlıq motivi ölmüşdü,

VAXTIN KEÇİD MƏNTƏQƏSİNDƏ-SƏHNƏSİNDƏ təntənəli taragikomediyasıydı Don Kixot.

Keçmişiylə bərabər gələcəklə vuruşmaqdı , bir yönüylə də fərdin, toplumun-cəmiyyətin özünün özüylə apardığı mübarizənin simvolizə olunmasıydı əsəri ƏSƏR edən də.

Özünü aldada bilərsən, dar bir çərçivəni də..əlaqə, istər fiziki, istərsə də beyin-düşüncə sərhədlərini bağladığını düşünə biərsən. Amma zamanın qarşısını ala bilməzsən.

Şərqdə isə Novruzəli poçt qutusunu gözləmir, poçt qutusu şəklində oturub zamanı gözləyirdi. Hələ də gözləyir...4-cü sənayeləşmə dövrünü yaşayan indiki zamanda Novruzəli olduğunun (düşüncə anlamında) fərqində olmadan Mirzə Cəlilə "daş ata", Novruzəliyə gülə bilərsən. Düşünməzsən ki, sənin-mənim zamanın yaratdıqlarında iştirakımız yoxdu...nəinki..nadancasına düşünçəmizin ətrafına çəpər çəkməklə, divar hörməklə məşğuluq.,ya da əynimizə gəlməyən özgələrin vaxtın zibilqabına-"maşın qəbristanlığına" (hər anlamda) atdıqlarını geyib meşşan duyğularımızı oxşamaqdan, qonşuya "yandı-yandı" verməkdən o yana getmərik.

Don Kixotdan yaxşı Avropa, Novruzəlidən yaxşı Şərq ola bilməzsən, bilmirsən, çünki özünlə mübarizə aparıb özünə qalib gəlməlisən, aşmalısan divarı.

Servantes Novruzəli, Mirzə Cəlil də Don Kixot yarada bilməzdi....

Zamanla döyüş, zamanı gözləmək....

Sokrata ölüm hökmü oxuyan Meletus və qərar verən məhkəmə çoxluğu zamanı tutub saxlamaqda-sabitliyi qorumaqda özlərini haqlı saya bilərlər. Amma Sokratın "gənclərin beynini bulandırnası", cəmiyyəti idarə edən dini xristian ehkamlarını sorğulaması zamanın suallarıydı və cavab tapmayanda sual verəni susdurnaq yolu seçilir..amma zaman suallarına cavab almayınca susmaz, zatən zamanı susdurnaq olmaz...Stouçuluğa keçid eləmək istəyirdim....vaxta dirəşmək nadanlıq və dağıntı gətirir, vaxtı gözləmək də məzlumluq.

Geridə nə qalır? Ya vaxtın sualını gözləmədən onu qarşılamaq-qabaqlamaq, ya ZAMANLA RƏQS ELƏMƏK. Hə stouçuluq burda başlar.

Kıprızlı Zenonun bir hadisəsindən daha çox bəhs edilir..O, gəmiylə yola çıxır və gəmidəkitonlarla qızılı itirir, gəmi batır. Həyat bitdimi?

Hər şeyi olmaqla heç zadı olmamaq arasındakı düşüncələrdən doğulur Stouçuluq. Hər şeyi olmaqla Heçzadı olmaq arasında fərq nə qədərdi..

Həyat-ölüm, Varoluş-yoxluq, Güc və gücsüzlük...

Bu fəlsəfənin indi çox yayılması yaşadığımız zamanda dilemma və ya vaxta konkret cavab verə bilmədiyimiz durumuyla birbaşa bağlıdır, düşünürəm. Bu fəlsəfənin kökü əsatirlərdən,miflərdən tutmuş Kitabələrə, "Kılqamış" dastanına qədər işləyir...sadəcə, səbrim çatmır ki, fikrimi əsaslandırmaq üçün o mənbələrdən nümunələr göstərib mülahizələrimi genişləndirim.

Zaman təbiətin özüdü-dəyişimidi...

"Dalğalar sahildə yaşayan adamlara o biri sahildə başverənlər haqqında nəsə pıçıldayırdı",- Q. Q. Markesin "Anlatmaq üçün yaşamaq " romanındadı (mı), ya başqa əsərində....

P.S....Hətta bu fikirlərimi indi bildirməyim də fikrimin zamanla rəqsiylə bağlıdı.