Kəramət : - SƏNİN HƏDƏFLƏRİN, MƏNİM ÜFÜQLƏRİM

YAZARLAR 08:40 / 15.04.2024 Baxış sayı: 962

 

V. Qoqun təbirincə "QƏRİB BİR ADAMIN....." ifadəsidi.

Mənsə, "AXINA QARŞI" qoydum bu rəsmin adını...

Kötülüklər kütləvidi, hər anlamda. Konyuktura görə KÜTLƏNİN alqışladıqları kötülüklərdi, həmişə.

Populizm("people") nadanlığın mənbəyidi, fərdləşməyən insan ikiayaqlıdı.

Başqasının yox, öz qulağını niyə kəsib ki...bu KİŞİ?-məni çox düşündürdü bir müddət, versiyalar, olan-olmayan versiyalar çox idi, mən onu tapdım, min yalanın içindəki V. QOQQUN "NİYƏ?"SİNİ.

Heç bir sənət adamı başqasına ziyan verməz, uzaqbaşı özünə qıyar-intihar edər: Oxuduğum-öyrəndiyim bütün SƏNƏTçini də belə gördüm.

Bu hadisə...ayrı söhbətin mövzusudur, indilikdə isə "Axına qarşı"nın qarşısında dayanıb düşünək....

EYNİ DUYĞULARLA DUYĞULANAN, EYNİ ŞEYLƏRİ DÜŞÜNƏN KÜTLƏDİ VƏ KÜTLƏNİN HƏDƏFİ OLUR,

ÜFÜQLƏRİ OLMUR.