Kəramət : - ŞƏKİLLƏR SƏKİLƏRƏ DAŞAR
ŞƏKİLLƏR SƏKİLƏRƏ DAŞAR
divara mıxlanmış şəkillər
şərçivədən çıxıb
ayağıyalın düşdü səkilərə
Ayaqlarımızın sərhədləridi səkilər
-Yola çıxma, qəzaya düşərsən..
-Önsuz da qəzalı vəziyyətdədi ömrüm,-
(Beləcə bitər dialoq)
Şəkillər səkilərə
Səkilər yollara daşar
Şəkillərin
divarlara etirazı başlar
Meydan tamaşalarıdı mitiqlər
Ayaqların səkilərə üsyanıdı
küçə yürüşləri
ha yüyür
əllərin uzalı
ayaqların həsrət qalacaq
qoşul Qobustan qayalarında
rəqs eləyən rəsmlərə, Yallı get
Azıx mağarasından kosmosa yolçuluq et
Venera stansiyasında gözlə məni
ən uzaq ulduzun divarlarından
Ölümə gülən
şəklimizi asarıq.