Kəramət : - Əsas o ki, ağac çiçəkləyir, quşlar oxuyur.
ÖZÜM ÖZÜMÜ YIXDIM...
BƏŞƏR DÜŞÜNCƏSİ...
...yorulub, ya da qocalıb, həyata məna yükləməkdən də bezirsən. Nə qədər aldadacaqsan özünü. Hər gün eyni şeylərin təkrarı.
"YAŞAM YAŞAMAĞA , DAVAM ETMƏYƏ DƏYƏRMİ?" (A. kAMYU) sualının özünün də sual olaraq qalması, cavabsızlığında özünü azdırırsan. Hərdən mənə elə gəlir ki, özümüzü aldadanda xoşbəxt oluruq, hər bir yolun sonu, sualın cavabında maraq-məna itir, yəni mahiyyətini itirir suallar da ...cavablanırkən, ya da başını bulayırsan. Nəticədə heçlik və boşluğun içində çabalayırsan.
İllər öncə yazdığım "Təkrar" şeirmdən bir bəndi xatırlayıram dadsız-dadsız özümə gülürəm.
GEDİR CƏDVƏL ÜZRƏ QATARLARIM DA
ÜSTÜNƏ QAÇDIĞIM SÖZƏ GÜLƏRƏM.
İNDİCƏ YAZDIĞIM SƏTİRLƏRİN DƏ
QƏDİM NÜSXƏSİNİ TAPA BİLƏRƏM.
Ya da...bir böhran zolağından keçirsən elə bil, burulğana da düşə bilərsən,
-Bir yalan de, o yalana
Büküm bu yalan ömrümü.
.....................ötüb keçər. Əsas o ki, ağac çiçəkləyir, quşlar oxuyur.