Kəramət : - ARZUOLUNMAZ   UMUDUNU QEYB ETMİSƏNSƏ

YAZARLAR 14:08 / 30.10.2024 Baxış sayı: 638

 

...bitmisən deməli...deməli sabahın yoxdur, bütün çabaların bihudədi, nə edirsən et, məqbuldu...çünki dəyərlər sistemi çökmüş, kimin əli kimin cibindədi bilinməz...OĞRULAR GÜN İŞIĞINDA GÖRÜNMƏZ, qaranlığı gözlər, dünyaya zülmətmi çöküb, əcaba? Düşündünüzmü? Təbi ki, düşündünüz, axı, bizlər "Ağıllı" heyvanlarıq. O qədər ağıllıyıq ki, harada başı olan varsa, başını kəsərik, harada bir ədəbi qımıldama varsa..elə edərik ki, özü-özünü satar, tükədər..Müasir dünyanın halı...Sonra

YERÜZÜ ÇADIRINA ÇAĞRILMAYAN BİRİSİ GƏLƏR. ARZUOLUNMAZ.

Biz HƏRŞEYOLOQLAR axı, onu da daşlayar-dışlayarıq.

Axı, min ildi onu öldürürük, hardan xortdadı və bizim zibil olduğumuzu xatırlatdı, bir süləngi, adam vəsfini itirmiş və adlandırmaya həqarət olduğumuzu bizə xatırlatsın-əzab verşn, biz nə vaxtsa..olduğumuz KİMliyimizi onun simasında görüncə ürpənər, diksinər, başlayarıq daşlamağa...əslində, özümüzü.

Axı, biz özümüzü öldürə-öldürə, sata-sata, itirə-itirə NƏSƏ "oluruq". Amma o NƏ İSƏ elə nəisədi və vəsfi yoxdur.

Məncə, bu aşağılıq dünyaya bəy tərifləri yaraşmır, özü də bunu İNSAN DİLİYLƏ çatdırıla.

İnsan dünyaya köçürülüb.

"TANRININ QƏZƏBİ" deyilən bir anlayış var ya..bizi Yerüzünə sürüblər, qaçqınıq, köçgünük, o səbəbdən YER üzünə işğalçı kimi yanaşırıq. Axı, YERÜZÜNÜN yaranmasında heç bir əməyimiz, qatqımız yoxdur. Ədəbiyyat da elədi. Adam yaratdığına işğalçı gözüylə, istifadə kimi baxa bilməz.

ADAM ÖZ VƏTƏNİNİ -ƏDƏBİYYATI İŞĞAL ETMƏZ Kİ?

Bir misal var...deyir ki, BÜTÜN DÜNYANI ALLAH YARATDI, NİDERLANDİYANI İSƏ NİDERLANDLAR..bir dəfə misal çəkmişdim müsahibələrim birində (ölkə adını indilik konkretləşdirməkdə çətinlik çəksəm də).

Yəni ,yaratmadığımız dünyanın yağmaçılarıyıq.

Adam yaratdığını-yaradıcılığını yağmalamaz, istifadəçilərin-yağmaçıların yaradıcılıqda qatqısı yoxdur.

Heç nə. Elə bunu demək istəyirdim.

Bəşəriyyət əlini hər şeydən üzüb, umudu yoxdur heç nəyə.

İllər oncəki şeirimdən bir beyt düşdü yadıma:

HAÇANDI ÜMİDƏ ZƏNG ELƏMİRƏM

UNUTDUM TELEFON NÖMRƏSİNİ DƏ.